Yaşayış kompleksləri, fərdi yaşayış əraziləri, ticarət mərkəzləri, restoranlar, ofislər və müxtəlif müəssisələrdə yaranan məişət tullantılarının müntəzəm toplanması və daşınmasını həyata keçiririk. Tullantılar müəyyən edilmiş qrafik üzrə xüsusi nəqliyyat vasitələri ilə ərazidən götürülərək təhlükəsiz və ekoloji tələblərə uyğun şəkildə daşınır.
Xidmət çərçivəsində qida qalıqları, kağız və karton, plastik, şüşə, metal və digər gündəlik məişət tullantılarının toplanması, daşınması, mümkün olduqda çeşidlənməsi və təkrar emala yönləndirilməsi təmin edilir. Təkrar emala yararsız tullantılar isə müvafiq qaydada utilizasiyaya yönləndirilir.
Tullantıların vaxtında ərazidən uzaqlaşdırılması ətraf mühitin çirklənməsinin qarşısının alınmasına, ərazilərin təmiz və səliqəli saxlanılmasına və sanitariya tələblərinin qorunmasına kömək edir. Xidmətin tezliyi və toplama qrafiki obyektin xüsusiyyətləri və tullantıların həcminə uyğun müəyyən edilir.
ECOMAG müxtəlif şirkətlərə və obyektlərə tullantıların daşınması və sanitar təmizlik xidmətləri göstərir. Bizimlə çalışan hər bir əməkdaş üçün rəsmi qeydiyyat, təhlükəsiz iş şəraiti və lazım olan bütün texniki təminat yaradılır. Maşın və avadanlıqlarımız mütəmadi yeniləndiyi üçün iş prosesi rahat və nizamlı şəkildə qurulub.
İşlərimizin həcmi artdıqca komandamıza yeni sürücülər, texnika operatorları və sahə işçiləri cəlb edirik. Əgər siz məsuliyyətli, nizam-intizamlı və sabit iş yeri axtaran birisinizsə, açıq vakansiyalarımızla tanış olun və bizə müraciət edin.
ECOMAG tullantıların idarə olunması, daşınması və utilizasiyası sahəsində fəaliyyət göstərən, əsas prioriteti təbiətin və ətraf mühitin qorunması olan peşəkar şirkətdir.
Məqsədimiz tullantıların ətraf mühitə mənfi təsirini azaltmaq, onların düzgün idarə olunmasını təmin etmək və daha təmiz, sağlam gələcəyin formalaşmasına töhfə verməkdir.
Şirkətimiz məişət, tikinti, tibbi və təhlükəli tullantıların daşınması, zərərsizləşdirilməsi və utilizasiyası xidmətlərini müəssisələrin, kommersiya obyektlərinin və yaşayış komplekslərinin ehtiyaclarına uyğun təqdim edir.
Tullantıların idarə olunmasını sadəcə xidmət deyil, təbiət qarşısında məsuliyyət kimi qəbul edir, hər bir işimizdə təhlükəsizliyə xüsusi önəm veririk.
ECOMAG — Təmiz mühit, sağlam gələcək!