Ecomag — hər növ tullantıların təhlükəsiz daşınması və utilizasiyası ilə məşğul olan, əsas prioriteti təbiəti və ətraf mühiti qorumaq olan aparıcı ekoloji şirkətdir.
Tullantıların düzgün və təhlükəsiz idarə olunması
Ətraf mühitə uyğun müasir yanaşmalar
Daha təmiz və sağlam gələcəyə töhfə
ECOMAG MMC ətraf mühitin qorunması, ekoloji təhlükəsizliyin təmin edilməsi və tullantıların ətraf mühitə mənfi təsirinin azaldılması istiqamətində fəaliyyət göstərən ekoloji yönümlü müəssisədir.
Şirkətin əsas fəaliyyət istiqamətlərindən biri tullantıların daşınaraq zərərsizləşdirilməsinin təşkil edilməsi, bununla yanaşı tullantıların idarə olunması sahəsində ekoloji məsuliyyətli yanaşmaların tətbiqidir. ECOMAG öz fəaliyyətini yalnız kommersiya xidməti kimi deyil, ətraf mühitin mühafizəsinə və daha sağlam, təhlükəsiz və dayanıqlı yaşayış mühitinin formalaşdırılmasına töhfə verən fəaliyyət kimi qiymətləndirir.
Fəaliyyətimizin əsas məqsədi tullantıların düzgün idarə olunmasına, onların ətraf mühitə təsirinin minimuma endirilməsinə və ekoloji təhlükəsizliyin gücləndirilməsinə töhfə verməkdir. Bu məqsədlə müasir tullantı idarəetmə həllərinin tətbiqi, təkrar emal imkanlarının genişləndirilməsi və resurslardan daha səmərəli istifadə istiqamətində layihələr həyata keçiririk.
ECOMAG üçün ekoloji məsuliyyət yalnız fəaliyyət sahəsi deyil, müəssisənin əsas dəyərlərindən biridir. Biz inanırıq ki, tullantıların idarə olunması yalnız tullantının bir ərazidən digərinə daşınması ilə məhdudlaşmamalı, ətraf mühitin qorunması, resursların səmərəli istifadəsi və dayanıqlı inkişaf məqsədləri ilə əlaqəli şəkildə həyata keçirilməlidir.
ECOMAG MMC olaraq fəaliyyətimizi ekoloji təhlükəsizlik, məsuliyyətli tullantı idarəetməsi, dayanıqlı inkişaf və gələcək nəsillər üçün daha təmiz ətraf mühitin qorunması prinsipləri əsasında inkişaf etdiririk.
Bütün daşınma və utilizasiya prosesləri dövlət ekoloji standartlarına və normativlərinə tam cavab verir. İcra olunan hər bir proses üzrə rəsmi hesabatlılıq və aktlaşdırma təmin edilir.
Hər bir müəssisənin iş rejimini və tullantı həcmini nəzərə alaraq xüsusi qrafik və idarəetmə planı hazırlayırıq. Operativ komandamız fasiləsiz xidmətinizdədir.
Tullantıların sızma, kəskin qoxu yayma və ətrafı çirkləndirmə riski olmadan, xüsusi izolyasiya edilmiş müasir nəqliyyat vasitələri ilə təhlükəsiz daşınması.
Bütün əməkdaşlarımız xüsusi təlim keçmiş, SƏTƏM (Əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi) standartlarına tam yiyələnmiş peşəkarlardır.
Şirkətlərə aid kommersiya, istehsalat və ya daxili məlumatların qorunmasını, utilizasiya prosesinin tam məfhilik şəraitində həyata keçirilməsini təmin edirik.
Bizimlə əməkdaşlıq etməklə müəssisəniz sadəcə tullantıdan azad olmur, həm də ətraf mühitə qayğı göstərən "Yaşıl Şirkət" statusunu və nüfuzunu qazanır.