Slogan: “Sahillərimizi Birlikdə Qoruyaq, Dənizimizə Nəfəs Verək!”
Dəniz kənarlarında toplanan plastik, şüşə və digər tullantılar ətraf mühitə və dəniz canlılarına ciddi zərər vurur. Biz könüllülərimizlə birlikdə sahillərimizi təmizləyərək toplanan tullantıları təkrar emala yönəldirik.
Layihə Haqqında:
- Məqsəd: Xəzər sahillərinin plastic və digər tullantılardan təmizlənməsi, vətəndaşlarda ekoloji məsuliyyət hissinin artırılması.
- Kimlər İştirak Edə Bilər?: Təbiəti sevən, ətraf mühitin təmizliyinə töhfə vermək istəyən hər bir könüllü sakin.
- Necə Edilir?: Təyin olunmuş istirahət günlərində sahil boyu iməciliklər təşkil olunur, toplanan tullantılar çeşidlənərək ECOMAG tərəfindən təkrar emala göndərilir.
QEYD:
Aksiya çərçivəsində en fəal iştirak edən könüllülərimizə və ən çox tullantı toplayan qruplara xüsusi ekoloji hədiyyələr və “Yaşıl Könüllü” sertifikatları təqdim olunacaq!
Təbiətə qayğı göstərin, sahillərimizin təmizliyinə birikdə töhfə verək!
Diqqət: Kampaniya tezliklə başlayacaq! İməcilik tarixləri, toplanış nöqtələri və könüllü kimi qeydiyyatdan keçmək üçün ətraflı detallar tezliklə paylaşılacaq.
- Əlaqə: +994 50 275 62 52
- Sual və Müraciət: ECOMAG platforması