Balaca Dostlarımıza Dəstək

Slogan: “Karton zibil deyil, bir canlıya ümiddir!”

Evinizdə və ya bina həyətinizdə olan karton qutuları tullamayın! Artıq hər atdığınız karton tullantısı təkrar emala gedərək sığınacaqdakı kimsəsiz balaca dostlarımızın qidasına və ehtiyaclarına çevrilir.

Layihə Haqqında:

  • Kimlər İştirak Edə Bilər?: Yaşayış məntəqələrinin sakinləri.
  • Necə Edilir?: Karton və kağız tullantılarınızı məhəllənizdəki xüsusi toplanış yerlərinə atırsınız.
  • Ayın Fəal Sakini Mükafatı: Hər ayın sonunda xüsusi nöqtələrə ən çox karton atan sakinin ADI İLƏ heyvan sığınacaqlarına yemək və lazımi ləvazimatlar bağışlanacaq!

Təbiəti qoruyun, balaca dostlarımızın həyatına ümid olun!

Diqqət: Kampaniya tezliklə başlayacaq! Layihədə necə iştirak etmək olar və digər ətraflı detallar tezliklə səhifəmizdə yayınlanacaq.

  • Əlaqə: +994 50 275 62 52
  • Sual və Müraciət: ECOMAG platforması