ECOMAG-da noyabr ayının SƏTƏM təlimi keçirilib

ECOMAG-da təhlükəsizlik və ekoloji məsuliyyət istiqamətində təlim keçirilib

ECOMAG şirkətində əməkdaşların peşəkar biliklərinin artırılması, iş prosesində təhlükəsizlik qaydalarına riayət olunmasının təşviqi və ekoloji məsuliyyət mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə oktyabr ayı üzrə SƏTƏM təlimi təşkil olunub.

Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsini əhatə edən təlim zamanı gündəlik iş prosesində qarşılaşa biləcək potensial təhlükələr, risklərin idarə edilməsi və təhlükəsiz iş mühitinin qorunması ilə bağlı mühüm mövzulara toxunulub.

Təlim iştirakçılarına iş zamanı təhlükəsizlik tələblərinin gözlənilməsi, fərdi mühafizə vasitələrinin təyinatına uyğun istifadəsi, mümkün qəza və fövqəladə hallar zamanı düzgün davranış, eləcə də riskli vəziyyətlərin vaxtında aşkar edilməsi barədə məlumat verilib.

Tədbirin digər mühüm istiqamətlərindən biri də ətraf mühitin mühafizəsi olub. Tullantıların düzgün çeşidlənməsi və idarə olunması, ekoloji qaydalara əməl edilməsi, həmçinin iş fəaliyyətinin ətraf mühitə təsirinin minimuma endirilməsi məsələləri diqqət mərkəzində saxlanılıb.

ECOMAG hesab edir ki, təhlükəsiz iş mühiti yalnız müəyyən edilmiş qayda və prosedurların tətbiqi ilə deyil, hər bir əməkdaşın bu prosesdə fəal iştirak etməsi və şəxsi məsuliyyət daşıması ilə formalaşır. Bu baxımdan, SƏTƏM təlimləri əməkdaşlarda təhlükəsizlik düşüncəsinin inkişafına və ekoloji yanaşmanın gündəlik iş fəaliyyətinin ayrılmaz hissəsinə çevrilməsinə xidmət edir.

Şirkət tullantıların toplanması, daşınması və idarə olunması sahəsində fəaliyyətini həyata keçirərkən insan sağlamlığının qorunmasını, əməyin təhlükəsizliyini və ətraf mühitə məsuliyyətli yanaşmanı əsas prioritetlərindən biri hesab edir.

ECOMAG bu prinsiplərə sadiq qalaraq əməkdaşların maarifləndirilməsi və təhlükəsiz iş mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində mütəmadi təlim və maarifləndirmə tədbirlərini davam etdirəcək.

ECOMAG-da oktyabr ayının SƏTƏM təlimi keçirilib

ECOMAG şirkətində əməkdaşların təhlükəsiz iş şəraitinin qorunması və ekoloji məsuliyyət prinsiplərinin gücləndirilməsi məqsədilə oktyabr ayı üzrə növbəti SƏTƏM təlimi keçirilib. SƏTƏM – Sağlamlıq, Əməyin Təhlükəsizliyi

Təhlükəsiz və Ekoloji Mühit

ECOMAG-da əməkdaşların təhlükəsizlik və ekoloji maarifləndirilməsi istiqamətində təlimlər davam edir ECOMAG şirkətində əməkdaşların peşəkar biliklərinin artırılması, təhlükəsizlik mədəniyyətinin inkişaf etdirilməsi və ətraf mühitə məsuliyyətli yanaşmanın